Slimfit
  1. CƏMİYYƏT

Mobil operatorlar fərdi məlumatları icazəsiz yayırlar

Mobil operatorlar fərdi məlumatları icazəsiz yayırlar
Sakura

Mobil operatorlar fərdi məlumatları icazəsiz yayırlar

““İnformasiya əldə etmək haqqında” qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) həvalə olunub. Bununla əlaqədar olaraq Müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən bu qanunun tələblərinin pozulması halları ilə bağlı ünvanına daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görülməsinə nail olur”.

FED.az biznes portalı xəbər verir ki, bu barədə Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupunun “İnformasiya əldə etmək hüququnun təmini biznes və insan hüquqları kontekstində” mövzusunda keçirilən 18-ci toplantısında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirib. 

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı davamlı olaraq təklif və tövsiyələrini aidiyyəti qurumlara təqdim etdiyini, Nazirlər Kabinetinin ödənişli informasiyanın verilməsi şərtlərini, qaydalarını, siyahısını və bu sahədə güzəştləri müəyyən edən 158 saylı Qərarının qəbul edilməsi zamanı Müvəkkilin təqdim etdiyi təkliflər paketinin də nəzərə alındığını qeyd edib. Onun sözlərinə görə, bu təkliflər sırasında xüsusilə əhəmiyyət kəsb edən ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi baxımından sahibkarların gəlirlərindən dövlətin prioritet məqsədləri, habelə xeyriyyəçilik fəaliyyətinə sərf olunmuş vəsaiti çıxmaqla sadələşdirilmiş vergi hesablanmasının tətbiq olunmasıdır. 

Müvəkkil qadın sahibkarların sayının artdığını, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı nəticəsində e-hökumət, e-ticarət, distant təhsil və sairin təşəkkül tapmasının xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımların olduğunu qeyd edib.

Müvəkkil qeyd edib ki, müvafiq sahədə ciddi islahatların olmasına baxmayaraq, mobil operatorların fərdi məlumatları həmin məlumat sahiblərinin xəbəri və razılığı olmadan yayması, nəticə etibarı ilə onlara narahatlıq yaranması və maddi ziyan vurulması; zəng mərkəzləri istisna olmaqla, vətəndaşların şirkətlərin aidiyyati bölmə və şöbələri ilə birbaşa və ya dolayısı yolla telefon əlaqəsi yaratmasının çətinliyi, müraciətlərin şirkətlər tərəfindən şikayətçinin iştirakı olmadan araşdırılması; şikayətçinin mövqeyinin bir çox hallarda nəzərə alınmaması; və ya əksinə şirkət və dövlət qurumlarının əsassız olaraq informasiya sorğularına məlumatların məxfiliyi, yəni kommersiya sirri, dövlət sirri və ya xidməti məlumat olması bəhanəsi ilə cavab verməməsi; informasiya əldə etmək hüququnun təmininə dair məhkəmə qərarlarının icra edilməməsi; vətəndaşların özləri haqqında məlumatları əldə edə bilməməsi; qurumların elektronlaşmış xidmət sistemləri arasında əlaqənin olmaması; cərimə barəsində məlumatların vətəndaşların çıxışı olan məlumat bazasında vaxtında yerləşdirilməməsi və s. bu kimi məsələlər öz həllini tapmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR