Dərc edildi: Baxış sayı: 673
Mobil operatorlar 6 ayda nə qədər qazanıb?
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Axar.az-a verilən məlumata görə, göstərilən xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 421,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət