Slimfit
  1. AZƏRBAYCAN

MMC-lərin qeydiyyatında mühüm yenilik

MMC-lərin qeydiyyatında mühüm yenilik
Sakura

MMC-lərin qeydiyyatında mühüm yenilik

Azərbaycanda yeni hüquqi şəxslərin qeydiyyatında maraqlı yenilik başlanıb. 

FED.az xəbər verir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, bundan sonra MMC-lərin qeydiyyatı zamanı şirkətin təsisçiləri və onun qanuni təmsilçisi arasında məcburi qaydada əmək müqaviləsi bağlanacaq. Qeyd edək ki, prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri dekabrın 28-də təsiqləyib.  

FED-ın məlumatına görə, Məcəlləyə edilən dəyişikliyə əsasən bundan sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.
 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
 
Elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

Dövlət başçısı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliyi də təsdiqləyib. Yeni qanuna əsasən, elektron kabinet bu qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifədir.

Cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi (təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməlidir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR