Slimfit
  1. SİYASƏT

MM sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”

MM sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”
Sakura

MM sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb.

“Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər”, - o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR