Slimfit
  1. CƏMİYYƏT

MM komitə sədri “ASAN müraciət” “Elektron Demokratiya”nın qurulmasında mühüm addım olacaq”

MM komitə sədri “ASAN müraciət” “Elektron Demokratiya”nın qurulmasında mühüm addım olacaq”
Sakura

MM komitə sədri “ASAN müraciət” “Elektron Demokratiya”nın qurulmasında mühüm addım olacaq”

“ASAN müraciət” informasiya sistemi” Azərbaycanda “Elektron Demokratiya”nın qurulmasında mühüm bir addım olacaq”.

Ens.az xəbər verir ki,bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, dövlət idarəetməsində hələlik ən yaxşısı demokratik idarəetmə sistemi sayılır. Belə hesab edilir ki, müasir demokratiya idarə olunanların (vətəndaşların) elə bir idarəetmə formasıdır ki, burada vətəndaşlar seçilmiş nümayəndələri (təmsçilçiləri) vasitəsilə rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər: “Buna həm də “Təmsilçilik Demokratiyası” deyilir. Bu sistemin üstünlükləri çox olsa, çatışmayan cəhətləri də mövcuddur. Təmsilçilərin işgüzarlığının fərqli olması, problemlərin həllində bürokratiyanın olması, vətəndaşların lazımı informasiyalara əlçatanlığını az olması “Təmsilçilik Demokratiyası”nın təkmilləşməsini labüd etməkdədir. Bəs onu necə etməli? Müasir İnformsiya Kommunikasiya texnologiyalarının inkişafı dövlət-vətəndaş münasibətlərində və dövlət idarəetməsinə tamamilə yeni imkanlar yaratmaqdadır. Bu imkanlar vətəndaşlara birbaşa fikir və rəy bildirməyə, qərarların qəbuluna birbaşa təsir etməyə və sürətli informasiya almağa imkan verir. Dövlətə isə ictimai rəyin sürətli öyrənilməsinə, verdiyi qərarlarda vətəndaşların da iştirakına nail olmağa və icra vəziyyətinin keyfiyyətini sürətli ölçməyə imkan verir. Bu idarəetmə sistemini adı “Elektron Demokratiya”dır. E-Demokratiya “Təmsilçilik Demokratiyası”nın çatışmayan cəhətlərini tamamlayır, müasir dünyanın çağırışlarına cavab verir. Nəticədə dövlət daha da güclənir və “smart” olur, vətəndaş isə daha da məmnun qalır”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqətində olub. Bunu nəticəsi kimi hazırda ölkə əhalinin 80%-ə yaxını internet istifadəçisidir, internet azaddır və bütün ölkə ərazisində əlçatandır: “İnsanlar sosial şəbəkələrdə çox aktivdirlər. Bir neçə gün öncə dövlət başçısının imzaladığı sərəncam ilə “ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi”nin yaradılması nəzərdə tutulur. Bu sistem vasitəsilə vətəndaşa kifayət qədər güclü ictimai nəzarət funksiyası verilir və bununla da onun həm də qərarların qəbulu mexanizmlərinə və icranın vəziyyətinə təsiri imkanları xeyli artırılır. Bu platformanın yaradılması ilə Azərbaycanda dövlət-vətəndaş münasibətlərində vətəndaşın məmnuniyyətinin artırılmasına və “birgə idarəetmə” fəlsəfəsinin güclənməsinə səbəb olacaq bir mərhələ başlayacaqdır. Bu isə Azərbaycanda “Elektron Demokratiya”nın qurulmasında mühüm bir addım olacaq. Vətəndaşlarımız da E-Demokratiya sistemini aktiv iştirakçıları olarsa, biz ölkəmizdə müasir idarəetmənin yeni formasının bərqərar olmasına nail olacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR