Slimfit
  1. AZƏRBAYCAN

Mixail Şvıdkoy: “Azərbaycanla Ermənistan arasında tam sülhə nail olmağa hələ çox var”

Mixail Şvıdkoy: “Azərbaycanla Ermənistan arasında tam sülhə nail olmağa hələ çox var”
Sakura

Mixail Şvıdkoy: “Azərbaycanla Ermənistan arasında tam sülhə nail olmağa hələ çox var”

"Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə əlaqələri mövzular Rusiyanın gündəmindədir. Azərbaycanla Ermənistan arasında tam sülhə nail olmağa hələ çox var".

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində Azərbaycan və Ermənistan arasında humanitar əlaqələrin bərpasının yenidən gündəmə gəlməsini şərh edən rusiyalı diplomat Azərbaycanın hər zaman humanitar əlaqələrin bərpasına hazır olduğunu söyləyib: "Biz hələ o zaman Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulmasında iştirak edəndə qoşunların təmas xəttində olmuşduq. Bu zaman atəşkəsin nə qədər kövrək olduğunu öz gözlərimizlə görmüşdük. Təmas xətti ilə gedəndə hər şeyin necə həyəcanverici, atəşkəsin necə kövrək olduğunu açıq-aydın görürsən. 2012-ci ilə qədər humanitar səpkili müxtəlif formatlı görüşlər keçirdik. Deputatlar, jurnalistlər və hər iki tərəfin yarıdıcı ziyalıları və incəsənət nümayəndələri səviyyəsində görüşlərimiz oldu. Bu missiyanı Azərbaycan və Ermənistanın keçmiş mədəniyyət nazirləri, sonra Rusiyada səfir olan Polad Bülbüloğlu və Armen Smbatyan mənim iştirakımla həyata keçirdilər. Mən o zaman bu görüşün təhlükəsizliyinin təminatçısı kimi vasitəçi idim. Lakin 2012-ci ildə bu görüşlər dayandırıldı. Deyərdim ki, görüşlərin dayandırılmasının səbəbi Azərbaycan tərəfi deyildi”.

M.Şvıdkoy bu gün bu məsələnin yenidən gündəmə gəlməsinin səbəblərini də açıqlayıb: “Çünki hər iki xalqın dərdi çoxalıb. Azərbaycan torpaqlarının bir hissəsini itirib. Uzun illərdir ki, xalq torpaqlarının qeyri-müəyyən vəziyyətdə olduğunu görür. Bu, çox ağır dərddir. Ermənistanda da Azərbaycandan olan qaçqınlar yaşayır ki, uzun illər Bakıda və digər şəhərlərdə yaşayıblar. Bu illər ərzində hər iki xalqın bir-birinə qarşı nifrəti artıb. Bunu açıq demək lazımdır. Bütün münaqişələrin siyasi yolla həlli zamanı xalq bilməlidir ki, bu və ya digər qərarlar niyə qəbul olunur? Bu çox vacibdir. Bəzən məndən soruşurlar ki, burada Rusiyanın marağı nədir? Cavabım sadədir: Rusiya istəyir ki, Azərbaycan və Ermənistan arasında olan bu münaqişə bu və ya digər formada həll olunsun. Hesab edirəm ki, bu münaqişə hər iki tərəfin maraqları təmin olunmaqla həll olunmalıdır. Lakin bir daha təkrar edirəm ki, tərəflər arasında bir-birinə qarşı o qədər nifrət yığılıb ki, artıq buna son qoymağın vaxtı gəlib çatıb. Çünki əvvəl axır ölkə liderlərinin bu və ya digər qərarını xalqlar qəbul etməli olacaq. Ona görə də münaqişənin sülh yolu ilə həllində humanitar missiya olduqca vacibdir. Vacibdir ki, hər iki ölkənin ziyalıları xalqları sülhə çağırsınlar. Çünki sadə insanın deyə bilmədiyini, cəmiyyətin fikrini məhz ziyalılar formalaşdırır. Çox zaman elə ziyalılar tərəfindən də müharibə çağırışları olur. Dağlıq Qarabağ münaqişəsi də hansısa mənada özünə Ermənistan ziyalıları tərəfindən mövqe qazanmışdı. Ona görə də çox vacibdir ki, ziyalılar öz sözlərini desinlər, izah etsinlər ki, hadisələr bundan sonra necə inkişaf edə bilər. Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında sülh Rusiya üçün ən yüksək qazancdır".  

M. Şvıdkoy Ermənistan-Azərbaycan münaqişəsinin özü üçün şəxsi dərd olduğunu vurğulayıb: "Bəzən mənə deyirlər ki, bu münaqişənin həlli ilə bağlı sənin şəxsi maraqların var. Bəli, cavab verirəm ki, hansısa mənada şəxsi maraqlarım var. Çünki nəvələrimin qanında çoxlu Azərbaycan qanı, bir az da erməni qanı var. Ona görə də bu həyatda hər şey qarışıqdır. Kiçik oğlumun həyat yoldaşı Azərbaycandan, Bakıdandır. Deyərdim ki, Azərbaycan-Ermənistan münaqişəsi mənim üçün şəxsi dərddir".

Rusiyalı diplomat Azərbaycan və Ermənistan arasında qurulacaq humanitar əlaqələrin hansı formatda olacağını müəyyən etmək üçün iyun ayında İrəvana səfər edəcəyini söyləyib: "Bu gün Azərbaycan rəhbərliyi bu vəziyyətdən çıxmaq, münaqişəni həll etmək üçün çox şey edir. Bilirsiniz, bütün müharibələr əvvəl-axır sülhlə nəticələnir. Biz bir-birimizin gözlərinin içinə baxmağı öyrənməliyik. Çünki bir yerdə yaşamağa məcburuq. Rusiyanın bu məsələdə mövqeyi sadədir. Bu binada mənim, Rusiya XİN rəhbəri Sergey Lavrovun ümumi mövqeyi var. Biz hər hansı bir köməyi göstərməyə hazırıq. Lakin bunun üçün real formatı anlamaq, başa düşmək lazımdır. Ümid edirəm ki, iyun ayının əvvəlində Ermənistandan olan həmkarlarımla danışıqlar aparacağam. Ancaq bundan sonra Azərbaycandan olan həmkarlarım üçün nəsə formalaşdıra bilərəm. Planım iyunda İrəvana səfər etmək, Ermənistan tərəfinin hansı formatda humanitar missiyanın həyata keçirilməsinə hazır olduğunu anlamaqdır. Çünki bu məsələdə Azərbaycan tərəfinin mövqeyinin birmənalı olduğunu bilərəm. Azərbaycan rəhbərliyi, prezident İlham Əliyev bu problemin real nizamlanmasına niyyətlidir. Əminəm ki, o, humanitar missiyaya yardım etməyə hazırıdr. Bunu dəqiq bilirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR