Dərc edildi: Baxış sayı: 463
Miskin Abdal - Dağların
Adəmdən cavandı, Nurdan qocadı,
Bir sirdi, bilinməz yaşı dağların.
Tufana əyilməz, yada basılmaz,
Həmişə qar olar başı dağların.
“Əhvalı necədi? - bir səyyaddan sor,
Quşa cələ olur, ahulara tor,
“Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”,
Səs alar, səs verər quşu dağların.
Qüdrətdən yetibdi uca barata,
Sinəsi açıqdı elə, elata,
Mən Cüda Miskinəm, başımda xata,
Kəsib yollarımı qışı dağların.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət