Slimfit
  1. BİOQRAFİYA

Miskin Abdal

Miskin Abdal
Sakura

Miskin Abdal — Səfəvilərin görkəmli dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, böyük Övliyya, sərkərdə,…

Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.

Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.

Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.

1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq doğma yurduna - Göyçə mahalına qayıdır. Ömrünün ahıl çağlarında Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır.

Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. "Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.

"Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. "Aslan şahla İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.

Miskin Abdal 105 yaşında vəfat edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində vəfat edib.

Miskin Abdalın oğlu Şadmanın neslinin tanınmış nümayendesi, Göyçe mahalının Basarkeçer rayonunun Sarıyaqub kendinden olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas -tedqiqatçı alim Tofiq Hüseynzadədir (1946-2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ilde "Sefevilerin böyük övliyası Miskin Abdal" kitabını neşr etdirmiş, 2006-cı ilde onun vefatından sonra, 2017-ci ilde "Aşıq deyişmelerinin poetikası" dissertasiya işi monoqrafiya qisminde neşr olunmuş, hemçinin, 2018-ci ilde "Xeyal cığırı" adlı 3 cildlik kitabı neşr olunmuş, bu kitaba onun 750-den çox şeiri, hekayeleri, hikmetli kelamları, habele, Sufizmin en yüksek pille ve meqamlarını simvolize eden "Miskin" ve "Abdal" sufi-tesevvüf anlayışlarının edebiyyatımızda ilk defe elmi esaslandırılmış izahına hesr edilmiş, doktorluq dissertasiyası seviyyesinde yazdığı "Miskin Abdal - Qeyb Ereni, Tesevvüf Piri" elmi-tedqiqat eseri daxil edilmişdir. 

Tofiq Hüseynzadenin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azerbaycan Tibb Universitetinin Urologiya kafedrasının müellimi Rafiq Hüseynzadedir.

Gədəbəydə “Miskin Abdal” ədəbi məclisi yaradılmışdır.

Miskin təxəllüsü

Miskin Abdalın "Miskin" təxəllüsünə istinad edərək özıərini həmin şəcərəyə qoşan və müəyyən məqsədlə ondan istifadə edənlərin sayı çoxalmaqdadır. Miskin təxəllüslü şairlər, aşıqlar çox olub. Miskin Əli, Miskin Əsəd, erməni aşığı Miskin Bürcü, hətta Miskin təxəllüslü gürcü aşığı və s. Xətainin və Yunis İmrənin də Miskin təxəllüslü şeirləri vardır. Miskin yer, yurd adları da vardır. Bütövlükdə bunların heç birinin Miskin Abdal ilə bağlılığı, qohumluq əlaqələri yoxdur. Miskin Abdal böyük dövlət və din xadimi, Azərbaycan aşıq, saz-söz sənətinin kamil bilicisi, müdrik el ağsaqqalı, həm də gözəl sufi şair kimi tanınmışdır. Onun indiyədək qoşma, gəraylı, təcnis, divani, ustadnamə və başqa poetik formalarda yazılmış bir çox şeirləri əldə edilmişdir. "Miskin Abdal və Sənubər" adlı bir dastanı vardır.

 

Yaradıcılığı

 

Qoşmaları

Gəraylıları

Təcnisləri

Divaniləri

Tarixi sənədlər

 
Miskin Abdalın möhürlü sənədi.
 
1820-ci ildə Çaxırlıkəndinin kənxudası tərəfindən Şah İsmayılın Miskin Abdala verdiyi sənədin təsdiqi
 
Şah İsmayıl Xətainin Göyçədə Miskin Abdala verdiyi sənəd.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR