Misirin ali imamı açıqlaması ilə ölkəni qarışdırdı: “Çoxnikahlılıq doğru hesab oluna bilməz”
Misirin, həmçinin Əl-Əzhar univrsitetinin ali imamı şeyx Əhməd əl-Tayyib ölkədə qalmaqal yaradacaq açıqlama ilə gündəmə düşüb.
“Associated Press” agentliyinin məlumatına görə, imam çoxnikahlılığın qadınlara münasibətdə ədalətsilik olduğunu söyləyib. O, nikahın poliqamik olmasının məcburiliyini iddia edənlərin ciddi şəkildə yanlıdığını bildirib. “Əgər ədalət təmin oluna bilinməsə, bir kişinin bir qadından başqası ilə nikaha girməsi qadağandır”,-deyə agentlik imamın sözlərindən sitat gətirib.
Əhməd Əl-Tayyib çoxnikahlılığın “Quranın kifayət qədər düzgün anlaşılmaması səbəbəindən irəli gəldiyini və peyğəmbərin ənənələri ilə bağlı olduğunu” qeyd edib.
Ali imamın televiziya ilə səslənən gözlənilməz bəyanı sosial şəbəkələrdə qızğın debatları özü ilə bərabər gətirib. Onların içində ölkədə çoxnikahlığı qadağan etməyə çağıranlar da olub.
Buna görə də İslam dininin tədris edildiyi ən böyük təhsil ocaqlarından biri hesab olunan “Əl-Əzhar” universiteti imamın heç də çoxnikahlılığı qadağan etməyə çağırmadığını izah etməyə məcbur qalıb.
Mənbə: Musavat.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət