Dərc edildi: Baxış sayı: 524
Misirdə “Anadolu” agentliyi və TRT-nin saytlarına giriş bloklanıb
Misir hökuməti “Anadolu” agentliyi və TRT-nin internet saytlarına girişin qarşısını alır.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Misirin rəsmi mənbələri məsələyə münasibət bildirməyib.
Qeyd olunub ki, hər iki qurumun internet səhifələrinə girmək və mobil məlumat əldə etmək mümkün deyil.
Qeyri-rəsmi mənbələr buna səbəb kimi Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursinin ölüm xəbəri ilə bağlı yayılan məlumatları göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət