Slimfit
  1. MARAQLI

Misir hökuməti dəniz suyunun şirinləşdirilməsi layihəsinə başlayır

Misir hökuməti dəniz suyunun şirinləşdirilməsi layihəsinə başlayır
Sakura

Misir hökuməti dəniz suyunun şirinləşdirilməsi layihəsinə başlayır

Şirin suya olan tələbatını Nil çayı hesabına təmin edən və son illər bu vacib su mənbəyi ətrafında qonşu Efiopiya ilə gərginlik yaşayan Misir hökuməti yeni layihələr həyata keçirməyə qərar verib. Bu layihələr dəniz suyunun şirinləşdirilməsi üzrə müəssisələrin inşa edilməsini ehtiva edir.

Ens.az Sonxeber.az-a istinadən bildirir ki, Misir Prezidenti Əbdülfəttah əl Sisi hökumətə milli su layihələrini həyata keçirmək tapşırığı verib. Baş Nazir Mustafa Mədbuli və nazirlərin iştirak etdiyi müşavirədə beş il müddətində dəniz suyunun şirinləşdiriliməsi üzrə 47 müəssisənin inşası layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, hökumət bu məqsədlə 2,8 milyard dollar vəsait ayıracaq.

Qeyd edək ki, hazırda Nil çayı üzərində inşa ediləcək "Böyük Efiopiya Dirçəliş Bəndi" ətrafında danışıqlar davam edir. Ekspertlər bildirirlər ki, bu bəndin tam doldurulacağı halda Misirin və Sudanın şirin su təchizatında problemlər meydana çıxacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR