Slimfit
  1. İDMAN

Misir Futbol Assosiasiyasının rəhbəri istefa verdi - Öncə isə baş məşqçini işdən çıxardı

Misir Futbol Assosiasiyasının rəhbəri istefa verdi  - Öncə isə baş məşqçini işdən çıxardı
Sakura

Misir Futbol Assosiasiyasının rəhbəri istefa verdi - Öncə isə baş məşqçini işdən çıxardı

Misir Futbol Assosiyasının rəhbəri Hani Əbu Rida ölkənin milli yığması Misirdə keçirilən Afrika millətlərinin Kubokunun 1/8 finalında uduzduqdan sonra istefa verib.

Bu barədə Misirin KingFut portalı xəbər verir.

Məlumata əsasən, məğlubiyyətdən sonra komandanın başda meksikalı Xavyer Aqirre olmaqla, bütün məşqçi heyəti də işdən çıxarılıb.

Xatırladaq ki, Afrka xalqlarının Kubokunun şənbə günü keçirilən 1/8 final oyununda Misir yığması CAR komandasına 0:1 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xavyer Aqirre Misir yığmasına 2018-ci ilin Dünya Çempionatından sonra dəvət almışdı. Misirlilər onun rəhbərliyi altında 12 oyun keçiriblər ki, bunun da 9-u qələbə, ikisi məğlubiyyət, biri isə heç-heçə ilə başa çatıb. Meksikalı ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulurdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR