Slimfit
  1. SİYASƏT

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Prezidentini təbrik edib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Prezidentini təbrik edib
Sakura

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Prezidentini təbrik edib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Zati-aliləri,

Böyük fəxarət hissi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq.

Bu qələbə doğma Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini özünə qaytarmışdır. Əminik ki, ölkənin inkişafında, çiçəklənməsində və regionun bərpa edilməsində onun böyük töhfələri olacaqdır.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdəki əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylər göstərir.

Zati-aliləri, Sizin müdrik və qətiyyətli rəhbərliyiniz ilə qardaş Azərbaycan Respublikasının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirik.

Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.

Hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri:

Prof. Dr. Əli Cümə - Misir Ərəb Respublikası Parlamentinin Dini İşlər və Vəqflər Komitəsinin sədri,

Prof. Dr. Usamə əl-Əbd - Komitə sədrinin müavini,

Əl-Seyyid Mahmud əl-Şərif - Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir Parlamenti sədrinin sabiq birinci müavini,

Dr. İmam Bağdadi - Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru,

Müşavir Tövhid Məhəmməd - vəkil,

Səfir Yusif əl-Şərqavi – Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri,

Prof. Adil Dərviş - Misirin Helvan Universitetinin professoru,

Dr. Usamə Əbdürrəhman - Universitetin professoru,

Dr. Mona Zidan - Universitetin professoru,

General Midhət Camal - Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri,

Əhməd Əbdu Tarabek - Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,

Mustafa Hicazi - “Orange” şirkətinin baş direktoru, mühəndis,

Dr. Seymur Nəsirov - Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misirdəki Azərbaycan diasporunun sədri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR