Dərc edildi: Baxış sayı: 242
Mirzoyan: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı şərhləri alıb”
“İrəvan sülh sazişinin bağlanması ilə bağlı təkliflərinə Bakıdan cavablar alıb, lakin mühüm məsələlərdə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
“Biz əvvəllər sülh müqaviləsinin mətninə beşinci düzəliş paketini Azərbaycan tərəfinə təhvil vermişdik, elə dünən Bakıdan yeni təkliflər aldıq. Təəssüf ki, tərəflərin mövqelərində hələ də bir-birindən uzaq olan mühüm məsələlər var”, - deyə o, qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət