Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Şəfi Vazeh - Şah Abbas

Mirzə Şəfi Vazeh - Şah Abbas
Sakura

Mirzə Şəfi Vazeh - Şah Abbas

Şah Abbasın bir vaxt zülmü yetmirdi sona,
Kim gəldi tullayırdı bir-bir zindana.
Məsləhətə qulaq asmaz, fikri qan idi,
Tanrısından üzü dönmüş hökmran idi.

Sığmayırdı yerə-göyə şahlıq vüqarı,
Vəhşi kimi parçalardı qulluqçuları.
O müstəbid hökm eləyib yerin üzünə,
Allah kimi baxırdı o, özü-özünə.

Düşüb müdrik adamlardan tamam uzağa,
Çevirirdi qulağını yalnız yaltağa.
Baxsa kəskin bir nəzərlə o, bir insana
Bil ki, onun ömrü o gün yetərdi sona.

Şahdan xeyli zülm çəkmiş müğənni Səlim,
Dedi bir gün yuxarıya qaldırıb əlin:
Ay camaat, dözürsünüz neyçün bu qədər,
Şah axmaqdır, siz özünüz ondan beşbetər!

Hədə-qorxu bəsdir daha! Bir nəfər murdar,
Bu qədərin əl-qolunu bağlayar?!“
“Şah-güclüdür! Biz neynəyək özün de barı”
“Ələ salın, sınıb getsin tamam vüqarı,

Siz dəyişin, qorxub sizdən o da dəyişər,
Yoxsa ona heç bir tədbir eyləməz əsər”.
Dünyagörmüş müğənninin haqlı sözləri,
Açdı sanki birdən-birə bağlı gözləri.

Səhəri gün şah yenə də təkəbbür ilə,
Tərk eləyib sarayını çıxarkən çölə
Baxıb ona qəhqəhəylə güldü camaat,
Şah bu işə heyrət etdi, donub qaldı mat.
Hiddətindən alnı oldu tamam qapqara,
Baxdı odlu gözləriylə o, adamlara.
Xalqa onun kar etmədi qəzəbi bir an,
Güldü hərə bir tərəfdən daha ucadan.

Dörd tərəfdən qəh-qəh çəkən rəiyyət ilə,
Pıçıldaşıb gülüşürdü məiyyət belə.
Şah özü də birdən-birə qalıb çarəsiz,
Güldü bütün camaatla, göstərib xoş üz.

Düz deyiblər, gülmək açar donuq məcazı
Həmin gündən şah dəyişdi, xalq qaldı razı.
Camaatın şikayəti azaldı, kəsdi,
Şahın adı dildən-dilə dolaşdı gəzdi.

Tulla Mirzə Şəfi, boş niyyətini,
Əl çək sərsəmlikdən, sərvaxt ol, sərvaxt!
Sən öz hünərini, fərasətini,
Ağıllı bir işə sərf eylə hər vaxt.

Bax gör, Mirzə Hacı Ağası* birdən
İranda nə böyük bir cənab olub!
Əvvəl seçilməzdi heç birimizdən,
İndisə sinəsi nişanla dolub!

Sərf eylə qüvvəni dövlətə sən gəl,
Xeyir verməmisən ona heç zaman.
- Axı, mən neyləyim: vəzir, vəkillər
Əksərən olurlar ən böyük nadan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR