Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Məhəmməd Tağı Qumri - Salma gözdən bu zaman, ey şəhi-əbrar məni

Mirzə Məhəmməd Tağı Qumri - Salma gözdən bu zaman, ey şəhi-əbrar məni
Sakura

Mirzə Məhəmməd Tağı Qumri - Salma gözdən bu zaman, ey şəhi-əbrar məni

Salma gözdən bu zaman, ey şəhi-əbrar məni,
Qılma ənduhü qəmü dərdə giriftar məni,
Eyləyib çərxi-fələk didəsi xünbar məni,
Xəstəvü xuncigərü bikəsü biyar məni.

Nari-hicrana yanan sinəyi-suzanıma bax,
Əşki-xunin tökülən dideyi-giryanıma bax,
Möhnətü dərdü ələmdən üzülən canıma bax,
Qoyma firqətdə bu növ ilə giriftar məni.

Al sınıq könlümü, ey yari-şəhi-mülki-Hicaz,
Yandırır qəlbimi, vallahi bu suz ilə güdaz,
Nə anam var, nə bacım var eləyim onlara naz,
Oldürər axın bu möhnətü ahzar məni.

Rəməqim şiddət edəndə kim edər dərmanı,
Kim qılar nalə açib türreyi-müşkəfşanı,
Əgər ölsəm, məni-zarə kim oxur Quranı,
Bir kəsim yoxdu, dəxi etməgilən xar məni.

Yoxdu bir kimsə ola kim, məni-biyarə pənah,
Həmdəmim guşeyi-qəmxanədə var şöleyi-ah,
Haçanacan eyləyim yollara həsrətlə nigah,
Vətənimdə elədin həsrəti-didar məni.

Bir Əli Əkbər idi dərdimə dərmanü təbib,
Qaldı canım bu vilayatdə diləfgarü qərib,
Qorxuram həsrət öləm, olmaya didarı nəsib,
Salmaya yadına axır o vəfadar məni.

Rəhm qıl halıma, ey şiələrin mövlası,
Canımı aldı qəmü dərdü ələm sevdası,
Qoy yanımda Əli Əkbər ilən Abbası,
Vergilən can ilə onlara pərəsdar məni.

Gər qəbul eyləyəsən ərzimi, ey ərşü fəraş,
Razı olma yana əhvalıma bəm dağ ilə daş,
Gəl məni də aparıb qızlaruva qoy qaravaş,
Arayıb qoyma özündən belə biyar məni.

Canımı mərdüməki-dideyi-xunab edərəm,
Göz yaşımla o biyabanları sirab edərəm,
Razıyam, hər nə cəfa eyləsələr tab edərəm,
Çəksə zəncirə əgər Şümri-sitəmkar məni.

Bu fəna dəhrdə çün bikəsü biyarəm mən,
Dərdimə yoxdu dəva, aləmara xarəm mən,
Bir pərü balı sınan Qumriyi-gülzarəm mən,
Görməyin möhnətü hicranə sərdar məni.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR