Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Kazım Qazi - Ey, qələm, ey mənə gecə-gündüz dost olan

Mirzə Kazım Qazi - Ey, qələm, ey mənə gecə-gündüz dost olan
Sakura

Mirzə Kazım Qazi - Ey, qələm, ey mənə gecə-gündüz dost olan

Ey, qələm, ey mənə gecə-gündüz dost olan,
Başını qaldır, bir an dodaqlarını arala,
Hədsiz-hesabsız zəhmətlərdən sonra
Kitabın ikinci hissəsi qurtardı.
Üçüncü hissədən bir nəğmə başla,
Pərdədə olan sirləri bir-bir aç.
Mənim barmaqlarımın hökmündən boyun qaçırma,
Naməhrəm yanında bəzi sözlər danışma.
Bəzən elə olur ki, tüğyan edirsən,
Hər gizli sirri açırsan.
Sənə hər nə deyirəmsə, boğazında saxla,
Ürəyin sirrini ağzından qaçırma.
Mənim fikrimin əksinə çıxırsan,
Mənim qədəmimin əksinə qədəm qoyursan.
Mənsur ağzından çox sirrlər qaçırdığına görə,
Onu boğazından dara çəkdilər.
Ömrünü eşqə sərf edib əsla dönmədi –
Ki, bu söz çoxlarını xar elədi.
Ürəyini mənə ver, heç kəsə vermə,
Sənanın günahı onun məhəbbətidir, vəssəlam!
Eşq və eşqbazlıq sözünü danışma,
Yanar oddan salamatlıq gözləmə.
Eşq nəhayətsiz işlər görür,
"Dinlə neydən çün hekayət eyləyir"[1]

Qeydlər

  1.  Misra Cəlaləddin Ruminin "Məsnəvi"sindən iqtibas olunduğuna görə dırnaqda yazılmışdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR