Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Çək başuvu yorğan içinə

Mirzə Əli Möcüz - Çək başuvu yorğan içinə
Sakura

Mirzə Əli Möcüz - Çək başuvu yorğan içinə

Dilbәr istәr apara mülçünü müjgan içinә,
Ey xuda, küfr girir din ilә iman içinә.
Şanә zinәt verir ol türreyi-cananә genә,
Mişgü әnbәr tökülür әnniyü kirşan içinә,
Kәlbәtinә gәlә o dişlәrin, ey şaneyi-şum,
Dişlәrin basma elә zülfi-pәrişan içinә,
Mәşgüvi çiynivә al, sәn dә әya әbri-bahar,
Әxtәri-fikrim edir әzm gülüstan içinә.
Sәn dә bir badeyi-külgun ilә şad eylә mәni,
Saqiya, qoyma qәmi daxil ola can içinә,
Şәhri şәban, deyirlәr, edәcәk köç bu gün,
Mahi-rövzә salacaq Yusifi zindan içinә.
Qorxuram nagәh edә hәmlә bizә mahi siyam,
Necә ki, qurd girәr bir sürü heyvan içinә.
Al qılıncın әlә, yığ başuva beş-altı nәfәr,
Rastuza keçsә, tökün qanını meydan içinә.
Gözüzü dörd açın, oğlan, deyirәm mәn sizә ha!
Bir daha çıxmaz oruc, girsә müsәlman içinә.
Gәldi, ha, gәldi, gedә, qoymayın, ha! Qaç, saqi,
Qılıcı sal yerә, sox başuvu qalxan içinә.
Dustan! Hazır edin çәngini bu mәclisә tez,
Şairin mürqi-dili düşdü zәnәxdan içinә.
Rәmazan bir ox atıb, parәlәdi qәlb evini,
Göz yaşım oldu rәvan çay kimi fincan içinә.
Genә verdi hәrәkәt başına qarelәrimiz,
Vәlvәlә saldı yoğun sәslәri eyvan içinә.
Oxuram ayәlәri, bilmirәm allah nә deyir,
Baxıram bәndә fәqәt mal kimi, Quran içinә.
Genә vaiz әlinә aldı cәhәnnәm çubuğun,
Belә bәrk xanәlәri saldı o mizan içinә.
Min tümәn rәddi-mәzalim gәtirib Şimr mәnә,
Çәkil, oğlan, atıram rövzeyi-rizvan içinә.
Bu necә sözdü deyirsәn, ağa, qurbanın olum,
Yoxsa israr qoyursan gecә qәlyan içinә?
Rey hәvasilә Hüseyn başını kәsdi o lәin,
Şimri dә, Yezidi dә at, gedә Tehran içinә.
Sәcdәgahә qoyaram kiseyi-simü zәhәbi,
Elәrәm sәcdә o qәdri, girә şeytan içinә.
Möcüz! Axır oruca meyl edәnin cürmü dә var,
Aşikar eylәmә, çәk başüvu yorqan içinә.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR