Dərc edildi: Baxış sayı: 543
Mirzə Ələsgər Növrəs - Gəl, ey dili-bimarimə olan təbib, ölürəm
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,
Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Cəmalın ayinəsin dutgilən nəfəs sari,
Ki, gör nə növ ilə hicrində bişəkib, ölürəm.
Xəyali-zulfin ilə cismin-natəvan əriyib,
Məriz edibdi məni ceşmi-dilfirib, ölürəm.
Bərabərimdə bu halimə bir qiyam eylə,
Ki, ruzi-məhşər ola bəlkə ənqərib, ölürəm.
Nə qəmkusar, nə yar, nə bir vəfalı nigar,
Nə bir ənis, nə munis, nə bir həbib, ölürəm.
Bu Növrəsin rəhi-eşqində bilmədin qədrin,
Get, indi zovqi-səfa eyləsin rəqib, ölürəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət