Mirzə Ələkbər Sabir - Fəxriyyə
Hərçənd əsirani-qüyudati-zəmanız,
Hərçənd düçarani-bəliyyati-cəhamz,
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əwəl nə idiksə, yenə biz şimdi həmanız...
Turanlılanz, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Zülmətsevər insanlanz üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan:
Tarac edərək, bac alınz qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına engəlkəlefiz biz!
Ol gün gi, Məlikşah Büzürg eylədi rihlət,
Etdik iki namərd vəzirə təbəiyyət:
Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,
Düşmən qatıb əl, taxtımızı eylədi qarət...
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılanz, adiyi-şüğli-sələfız biz!
Bir vəqt olub ləşkəri-Çingizə tərəfdar,
Xarəzmləri məhv elədik qətl ilə yekbar:
Xarəzmlərin şahı fərar eylədi naçar,
Məscidləri, məktəbləri yıxdıq yerə təkrar...
Heqqa ki, səzavari-nişanü şerəfiz biz!
Öz dinimizin başına əngəlkelefız biz!
Bir vəqt də dəvayi-Selib oldu müheyya,
Devadə fırənglərə qalib gəlib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...
Guya ki, biyabanda bitən bir ələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq.
Qədr qınb bir-birimizdən ki, yorulduq,
Qırdıqcä yorulduq və yorulduqca qmldıq...
Turanlılanz, adiyi-şüğli-sələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bir vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şahə bir paramız etdi himayət:
Xan İldınma bir paramız qıldı itaət,
Qanlar saçılıb, Ankarada qopdu qiyamət...
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!
Öz qövmümüzün başına engəlkələfiz biz!
Teymur şəhi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik al qamna qəltan:
Ta oldu Qızıl Ordalann dövləti talan,
Məsko şəhinə faidəbəxş oldu bu meydan...
Əlyövm uruslaşmaq ilə zişərəfız biz!
Öz dinimizin başma əngəlkələfız biz!
Bir vəqt Şah İsmayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə:
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyə, bu təsənnün bizi bimə...
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başma əngəlkələfiz biz!
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə:
Btı məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə...
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfız biz!
Öz dinimizin başma əngəlkələfız biz!
İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya:
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki qızışdı olanq məhv serapa...
Onsuz da əgərçənd ki, yeksər tələftz biz!
Öz qövmümüzün başına əngelkələfiz biz!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət