Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yaş gəlir

Mirkazim Nikbin - Yaş gəlir
Sakura

Mirkazim Nikbin - Yaş gəlir

Sabah daha bir il ötür ömrümdən,
Yaşımın üstünə yenə yaş gəlir.
Bir illik həyatı təhlil edəndə,
Baxıram hesabım ayaq baş gəlir.

Neçə də qədrini bilmirik vaxtın,
Zamanı qısadır mən qara baxtın,
Qızıldanda olsa dünyada taxtın,
Son onda karına qara daş gəlir.

Məkanı sığdırıb zamana Allah,
Zamansa bugundu, birdə ki sabah,
Bunu bilə bilə kim edir tamah,
Ziyana uğrayır, gözdə yaş gəlir.

İlahi qeybini mənədə göstər,
Qoy məndə dərk edim nə nəyə bənzər,
Çoxları inanmır olacaq məşhər,
Haqq hesab olunmaq yüngül, boş gəlir.

Dünyaya etibar edib aldanma,
Heç nəyi həyatda əbədi sanma,
Mütləq olan varlıq Allahdır danma,
Kim gəlir qapıma bilsin xoş gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR