Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yalandı

Mirkazim Nikbin - Yalandı
Sakura

Mirkazim Nikbin - Yalandı

Ey dünya biz nece uymuşuq sənə,
Necə aldanmışıq, həyat yalandı.
Kimlər səadəti səndə axtardı,
Onlar əbədilik oda qalandı.

Sanma bu dunyada bir səadət var,
Bir ucu beşikdi, bir ucu məzar,
Daimi olmayan kim edər inkar?,
Mükəmməl deyildir yarım olandı.

Yaxşılar yaşayır dərdə, kədərdə,
Bilir xeyir yoxdur heç bir zəfərdə,
Xoşbəxtlik paylanar yanlız məhşərdə,
Həyat axirəti bizdən alandı.

Hər gün bir başqa çür səndən əl çəkib,
Dünyanın şəriylə, xeyrin rədd edib,
Üzəlməz ürəyim var əldən gedib,
Nədə qazanmaqla şadlıq salandı.

Sən ey ol deməklə yaradan Allah,
Acılsın üzümə qapın hər sabah,
Bir an sənsiz qalsam nəfsimlə, tamah,
Məni azdıracaq, qoyma amandı.

Yaşadım izninlə otuz il heyhat,
Gördüm ağır yaslar, sevincli büsat,
Dərk etdim imtahan, sınaqdır həyat,
Bir gün acılanlar, bir gün solandı.

Sən məni ucaltdın edərək insan,
Sənə minnətdaram ixlasla hər an,
Mən ki, mən deyiləm öldüyüm zaman,
Nikbini yaşadan, elmi irfandı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR