Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara
Sakura

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara

Həyat cox qəribə, insan mücərrəd,
Qardaşda qardaşı darda qoyarmış.
Tanımaq olmurmuş dəqiq hec kəsi,
Mömində yol kəsib adam soyarmış.

Üsyan qaldırıram bu ruzigara,
Haqq ədalət itib, yoxdu aşkara,
Yalanlar işləyir, düzlər avara,
İnsan yaşamaqdan cana doyarmış.

Namərdlər dayanıb indi meydanda,
Mərdlərdən xəbər yox söylə, hayanda_?
Bu çərxi fələklə dönən cahanda,
Oğrular doğrunun gözün oyarmış.

Kimsə bulaşmasın şeytan şərinə,
Onunla çoxları gedər dərinə,
Gör necə zamandır, necə qərinə,
Min ağıllı bir dəliyə uyarmış.

Mirkazim tutacaq hər kəs yolunu,
Çalış tanıyasan sağ həm solunu,
Necə anlayasan Allah qulunu,
Günahı günahla insan yuyarmış.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR