Dərc edildi: Baxış sayı: 665
Mirkazim Nikbin - Ürək gərəkdi
İnsana div boyda bədən yerinə,
Hər işdə div kimi ürək gərəkdi.
Daim çətinliyə insan düşsədə,
Yorulmaz ürəkdən dirək gərəkdi.
Qoluna etibar eyləyən oğlan,
Həyat yollarınada sınar bir zaman,
Qulaq as sözümə dinlə ey cavan,
İnsana mərdlikdən bəzək gərəkdi.
Bu həyat yolları naxış-naxışdı,
Doğumlu – ölümlü, giriş – çıxışdı,
Çox iri bədənlər yerə qarışdı,
Yadda qalmaq üçün əmək gərəkdir.
Gücünə güvənmə sən aslan, şir tək,
Şirləri azdıran tülküdür fələk,
Hər işi hiylədir, hər işi kələk,
Bizə ehtiyyatdan köynək gərəkdi.
Çalış döyüşlərdə qalib olasan,
Könlün istəyənə sahib olasan,
Mirkazım xəstə yox,, təbib olasan,
Hər zaman inamla, istək gərəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət