Dərc edildi: Baxış sayı: 528
Mirkazim Nikbin - Tərk edə bilmirəm
Tənha bir otaqda sükut içində,
Geçmişi bir bə bir yada salıram.
Mən neçə düzəldim yalnış olanı,
Bir çarə tapmıram peşman qalıram.
Bir an belə olsun unutmadım mən,
Səhflərim kəsilib ruhuma düşmən,
Yapışam yaxamdan günahlar hökmən,
Əzab verib deyər qisas alıram.
Nədir bu iztirab, nədir bu cəza,
Vicdanım cəhd edir sükutu poza,
Özü öz hökmünü istəyir yaza,
Ölmümə qol çəkir məyus oluram.
Yaşaya bilmirəm səbr etmək qəliz,
Nə ilə paklanıb mən olub təmiz,
Tərk edə bilmirəm iradəm aciz,
Qəzəblə yoğrulub, hirslə doluram.
Nikbin qul oldunsa nəfsə, tamaha,
Ümidin olmasın xoşbəxt sabaha,
Nə deyib durarsan sonda Allaha,
Bir cavab tapmayıb, fikrə dalıram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət