Dərc edildi: Baxış sayı: 521
Mirkazim Nikbin - Susma deyirlər
İnsanı düşünmək yaşadır desəm,
Çoxları deyəcək fikir öldürür.
Sevinmək insanı ağladır desəm,
Dərdlilər deyəcək sevinc güldürür.
Məndən soruşsalar hansi gözəldi,
Sevib sevdirmekmi, sevdirib sevmək?.
Sevilmək sevməkdən daim əzəldi,
Necə ki gözəldir gülüncə gülmək.
Fərqli düşüncələr, fərqli baxışlar,
Hər kəs doğrudursa, yalan hardadı.
Bəlkədə gələcək bizi bağışlar,
İnsanlar soruşur insan hardadı.
Necədə asandır özgəni görmək,
Özünü görməyə gözləri yoxdur.
Iman hey soyleyir pislikdən əl çək,
Şeytansa söyləyir üzləri yoxdur.
Susmaq istəyirəm susma deyirler,
Danışıb, qınayıb peşman oluram.
Bəsdir insanları pusma deyillər,
Düz sözlə hər kəsə düşman oluram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət