Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Sirdi məhəbbət

Mirkazim Nikbin - Sirdi məhəbbət
Sakura

Mirkazim Nikbin - Sirdi məhəbbət

O dayım gizlidir, o daim xəlvət,
Sirrini verməyir ələ məhəbbət.
Doğulur ürəkdə, böyüyür gözdə,
Ölümü haqqında bilinmir fəqət.

Zənn etmə ürəkdi onun məkani,
Orda doğulsada bürüyər cani.
Qəlb onu qan təki paylar bədənə,
Beləcə dustağı edər insanı.

Bir dəfə tutulsan bir ömür çəkər,
Ömrün intizarda, həsrətdə keçər,
Sevgi çox qəlizdi, həmdə mücərrəd,
Sirrini öyrənə bilməyib bəşər!

Şair düşünməki, eşq ovca dolmaz,
Heç zaman acıqda, arada olmaz,
O isti nəvaziş, qayğı axtarır,
Tapdığı yerlərdən uzaqda durmaz.

Demək ki, bir azda nazını çəksən,
Uğrunda can qoyub, bir az tər töksən,
Qanına qatışıb cana yayılar,
Dolar ovcunada qəlbindəki tək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR