Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Sən demə

Mirkazim Nikbin - Sən demə
Sakura

Mirkazim Nikbin - Sən demə

Yeni kişilərdən şikayətim var,
Kişilik köhnədə qalıb sən demə,
Oğlunda namus yox, qızındada ar,
Illər onu bizdən alıb sən demə.

Qınama çöllərdə pozğun gəzəni,
Onu bu hallara salıb düzəni,
Ata oğrun oğrun qızın süzəni,
Görüb sakit deyir:- dalıb sən demə.

Başından papağın atandan bəri,
Kişilər unudub cəngi, hünəri,
Kimlər geyindirər lütlənmişləri,
Susanlar bu kökə salıb sən demə.

Türksən türk oğlusan, qurd olmuş atan,
Örtüş əndamını, başını anan,
İslama gərək yox bu işdə inan,
Çoxlari irsini satıb sən demə.

Bil ki, Şah babamın şahlıq dastanı,
Qeyrətlə yazılmış, özünü tanı,
Hər kəsi göstərər damarda qanı,
Kimlərsə qanını qatıb sən demə.

Yaman pis günlərə düşdü qeyrətim,
Paltarlar qısaldı görsəndi ətim,
Boyandı al əlvan oldu millətim,
Baxdım oğlanları yatıb sən demə.

Nikbinən bu hala dözə bilmirəm,
Neçə pərdə çəkim gözə bilmirəm,
Nə deyim bizlərdən bizə bilmirəm,
Hər kəs yükün yerə atıb sən demə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR