Dərc edildi: Baxış sayı: 788
Mirkazim Nikbin - Qorxudan
Nə sevə bilmədim nədə sevdirə,
Hər şeyi yarıda qoydum qorxudan.
Ağlimla hissimə bir hasar çəkdim,
Qəlbimin gözünü oydum qorxudan.
Nə zaman qorxuyla bir işə girdim,
O işdə daima nəsə itirdim,
Dərk etdim dünyada ən böyük dərdim,
Ehtiyat etməkmiş, doydum qorxudan.
Fürsət düşəndə mən qorxunu yenib,
Allaha min dua min tənzim edib,
Hər işin ardınca inamla gedib,
Uğurdan təhlukə duydum qorxudan.
Ehtiyyat edərək dünyada insan,
Heç bir vaxt olmamış igid, qəhrəman,
Cəsarət qapımı doyduyu zaman,
Açmayib nəfsimə uydum qorxudan.
Ya yaşa yada öl amma sürünmə,
El gedən palaza səndə bürünmə,
Nikbin qorxaq olub, cəsur görünmə,
Qorxunu bir künce qoydum qorxudan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət