Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ömrüm özgələrə pay oldu getdi

Mirkazim Nikbin - Ömrüm özgələrə pay oldu getdi
Sakura

Mirkazim Nikbin - Ömrüm özgələrə pay oldu getdi

İnandım dünyanın sədaqətinə,
Könlüm dallanlarda zay oldu getdi.
Güvəndim ağlımın məharətinə,
Elmim axmaqlara tay oldu getdi.

Çalışdım düzəldəm əyri izləri,
Gördüm dirsəkləri, gördüm dizləri,
Məhv etdi fədakar olmaq bizləri,
Ömrüm özgələrə pay oldu getdi.

Zənn etdim zənginlik qəmdən uzaqdı,
Hər kəsi qızdıran sönməz ocaqdı,
Qazandım var dövlət sandım dayaqdı,
Bir xeyir vermədən say oldu getdi.

Çalışdım nə üçün?, nə əldə etdim,
Sandım düz yoldayam, səhv yolla getdim,
Məyus olduqca mən doğrunu bildim, 
Əməyim bir haray, hay oldu getdi.

Fəsillər ömrümə təsir etməyir,
Sanki qış çovğunu yazda bitməyir,
Kölgəm mənimlədir heç vaxt itməyir,
Yanılıb deyərsən, vay, oldu getdi.

Hesabı qalmayıb vaxtın, saatın,
Olmaz heç bir zaman daim rahatın,
Məşğul edər səni nakam həyatın,
Baxarsan illərin ay oldu getdi.

Nikbinə bədbinlik bir zərər verməz,
Sevincsiz ağlamaz, kədərsiz gülməz,
Hər şəyi görsədə özünü görmər,
İnsan torpaqlara lay oldu getdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR