Dərc edildi: Baxış sayı: 569
Mirkazim Nikbin - Ölüm mələyim
Dağılıb düşüncəm, bölünüb fikrim,
Anlayıb yaşamaq bir tək istəyim.
Qacıb yuxularım, ucub xəyalım,
Qarışıb, dolaşıb arzum, diləyim.
Dünyada rahatlıq axtarma, yoxdu,
Zülümdə, zillətdə yaşayan çoxdu,
Deyir gözəlliyə gözlərim toxdu,
Əl atma ot tutar yanar ətəyim.
İlahi həyatı necə dərk edim,
Yumşağı nə ilə sıxıb bərk edim,
Kimə arxalanıb, kimə ərk edim,
Dindirsən dil deyib ağlar ürəyim.
Yaşamaq şirindir sanıb aldanma,
Bu dunya malına qanıb aldanma,
Heç nəyi əbədi sanıb aldanma,
İlahi dərgahda itməz əməyim.
Doğulmaq ölümdən dərdlidir inan,
Çünki gözlər onu çətin imtahan,
Hər canlı ölümü daddığı zaman,
Deyər vaxtsız gəldin ölüm mələyim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət