Dərc edildi: Baxış sayı: 639
Mirkazim Nikbin - Olsaydım
Yenə seçərdinmi məni görəsən?,
Kasıb bir oğlan olsaydım, olsaydım.
Yenə sevərdinmi məni görəsən?,
Cahil bir insan olsaydım, olsaydım.
Sən sevən her şeyin olsam düşməni,
İncidib, ağladıb, döysəydim səni,
Yenə gözlərdinmi həsrətlə məni?,
Gerçək yox yalan olsaydım, olsaydım.
Yaşlı saxlasaydım daim gözünü,
Kəssəydim can deyən hər bir sözünü,
Xoşbəxt bilərdinmi yenə özünü?,
olsaydım olsaydım.
Səni ortalıqda tənha qoysaydım,
Özümü sevdirib sonra qaçsaydım,
Gəzib tapardınmı mənsiz qalsaydım,
Dağlarda mehman olsaydım, olsaydım.
Hər şeydən əl çəkib, səni tutsaydım,
Bütün arzulara sənlə çatsaydım,
Atardınmı məni səni atsaydım,
Sonradan peşman olsaydım olsaydım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət