Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Neyləyəsən?

Mirkazim Nikbin - Neyləyəsən?
Sakura

Mirkazim Nikbin - Neyləyəsən?

Bu dünyada xəyanəti sədaqətdən üstün bilən,
İnsanların həyatına gülməyəsən, neyləyəsən?.
Bağlanıb dünya malına ömrünü bihudə verən,
Dünyalının dünyasına gəlməyəsən, neyləyəsən?.

Əyriləri düzəltməyə çalışanda şeytan ilə,
Əlbir olub əyiləni kim deyəcək aciz bilə,
Zülümkarın zülümünə məruz qalıb gələr dilə,
Deyər: -Xilaskar gələcək, dözməyəsən, Neyləyəsən.

Vəfalıya vəfa etməz, Xəyanətə köks ötürər,
Gündüzü rahat bilənin əzabın gecə götürər,
İt timsalı bəziləri quyruq yellər üzdə hürər,
Beləsini iki üzlü bilməyəsən, Neyləyəsən.

Yaman kimdi, yaxşı kimdi, tanıtdırdı bizə quran,
Nə misalda, nə duruşda, olmalıdır kamil insan,
Allah təkdir, başqa ilah olmayıbdır heç bir zaman,
Kəraməti kainatda gəzməyəsən, Neyləyəsən.

Fani olan de: - əbədi olan ilə bir olarmı?,
İnsan olan insanlığı heç dəyərindən salarmı?,
Bu həyatda yamanlardan, nankorlardan iz qalarmı?,
Ağla qara bir olanda, bölməyəsən, neyləysən?.

Əvvəl oxu, Sonra düşün, doğru anla, kamil öyrən,
İnananda bucür inan, qafillərdir dindən dönən,
Elm sahibi ol Deyir: - quran ilə öyüd verən,
Bu hikmətin arxasınca, getməyəsən, neyləyəsən?.

Yarananın Yaradana ehtiyacı var həmişə,
Qeybi bilən ulu Tanrı, agah olar hər bir işə,
Mirkazim əcəl gələndə, çoxları düşər təftişə,
Tövbə edib, şəhadətlə ölməyəsən, neyləyəsən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR