Mirkazim Nikbin - Nə mənası var?
Olan-olub, keçən-keçib, bir daha,
Keçmişə dönməyin nə mənası var?
Yaşanan-yaşanıb, açılan solub,
Alışıb sönməyin nə mənası var?.
Mən balığam asimandan xəbərsiz,
Səndə quşsan bu ümmandan xəbərsiz,
Qocalıram mən canandan xəbərsiz,
Yaşayıb ölməyin nə mənası var?
Sevirdim mən səni dünyalar qədər,
Deyirdim bu sevgim bizə bəs edər,
Mən indi səninlə ey gəldi-gedər,
Sevgimi bölməyin nə mənası var?.
Məhəbbət ulduzdu birdə bərq etməz,
Bu həsrət atəşi sönub qərq etməz,
Ya sevinc ya kədər indi fərq etməz,
Ağlayıb-gülməyin nə mənası var?.
Bir rəssamam şəklin yatır könlümdə,
Eşq günəşi daha batır könlümdə,
Öz yerini aya satır könlümdə,
Tablolar çəkməyin nəmənası var?
Sənə olan eşqim yandı-alışdı,
Nifrətə bürünüb qəmə qarışdı,
Ürəyimbəxtimlə küsüb barışdı,
Bağışla deməyin nə mənası var?.
Mən səni sevirdim, sən məni nəsə...,
Mən deyə bilmərəm, özü deməsə,
Mirkaziməmsual verim hər kəsə,
Aldanıb sevməyin nə mənası var?.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət