Dərc edildi: Baxış sayı: 552
Mirkazim Nikbin - Mən
Hərdən xəyala dalıb, gözün uzaq yol çəkər,
Nədən oldu düşünmə, bil səbəbi mənəm, Mən.
Məndən qaçmaq istəsən, qaça bilməyəcəksən,
Çün sevgilim agah ol, özgəsi yox, sənəm Mən.
Məni aldadanda sən, heç düşünmürdünmü bəs?,
Sənin bu yaşadığın həyatına tənəm Mən.
Məhəbbətin çırağın söndürdün öz əlinlə,
Sənə səadət verən ayam, iləm, günəm Mən.
Ürəyinin səsini boğmayıb sən eşitsən,
Bax onda anlayarsan sənin üçün kiməm Mən.
Üzünün ifadəsin görmüsənmi güzgüdə,
O qəlbinə yazılan hər cümləyəm, sözəm Mən.
Ayaq basdığın yollar, gördüyün mənzərələr,
- Deyecək Mirkaziməm, sənə baxan gözəm Mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət