Dərc edildi: Baxış sayı: 607
Mirkazim Nikbin - Korlar bu dünyanı sevdikləri tək
Bir gün sevdiyimi anlayib mənim,
Sevincdən ucmağa qanad gəzərsən.
Bir gün sənin üçün ölərkən mənim,
Məzarım başında fəryad edərsən.
Mən səni sevirəm eşqlə, həsrətlə,
Korlar bu dünyanı sevdikləri tək.
Mən səni sevirəm, mərdcə, hörmətlə,
Şəhidlər torpağa gəldikləri tək.
Hissimi anlada bilmərəm sənə,
O məndə deyildir mən ondayam bil.
Soruşma qəlbində hardayam mənə,
Sən öndə mən isə ən sondayam bil.
Bir ömür yoluna çıxmışıq qoşa,
Əlini əlimdən buraxma bərk tut.
Qoy heçnə bizləri yormasın boşa,
Hər an ürəyini mənimlə ovut.
Hissimi ifadə etməyə inan,
Yazmağa sözüm yox, deməyə dilim.
Nə yaxşı sən varsan ömrümdə hər an,
Sənsiz kimliyimi mən hardan bilim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət