Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Güzgü

Mirkazim Nikbin - Güzgü
Sakura

Mirkazim Nikbin - Güzgü

Güzgünün önündən keçəndə fikrim,
Nədənsə dayanıb özümə baxdı.
Gah uşaq, gah böyük göründü əksim,
Xəyal suya dönüb zamanda axdı.

Şirin xəyallara daldım bir anlıq,
Keçmişim birbəbir yadıma düşdü.
Lakin gələcəyim tamam qaranlıq,
Tamam sükunətdə sakit ötüşdü.

Xəyaldan ayıldım güzgüdə yenə,
İndiki cismimi görə bilmədim.
Heyrətdən bir addım atdım mən önə,
Güzgüdən ayrılıb dönə bilmədim.

Güzgüdə dayandı əkslərim sanki,
Dedi: - Gələcəyi görmək istəsən,
Bir şeyi anla ki, bir şeyi qanki,
Gələcəyi quran elə özünsən.

Sənin gələcəyin öz əlindədir,
Fələklə döyüşdə tək qoyma onu.
Sən uğur axtarsan bil çətindədir,
Çəkinmə mümkünsüz şey sanma onu.

Bəxtindən naşükür olma heç zaman,
Bir qapı bağlanar, biri açılar.
Bu ömür, bu həyat sənindir inan,
Ona xidmət eylə gül tək açılar.

Düşün bu cahanı, düşün hər kəsi,
Düşünüb yaşasan ucalarsan sən.
Güzgüdə əkslərin kəsildi səsi,
Bax budur yenidən görünürəm mən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR