Dərc edildi: Baxış sayı: 775
Mirkazim Nikbin - Bizsiz dünyada
Bir heyat yaşayir, bir omur sürür,
Hərə bir iz qoyur izsiz dünyada.
Dünəni tarixdi, bugünü həyat,
Sabahlar gələcək bizsiz dünyada.
Mərdi var namərddən igidlik umar,
Düzü var əyridə doğruluq tapar,
Korlar var görəndən diqqətlə baxar,
Duyar ətrafını gözsüz dünyada.
Dili var dərdini heç kimə demir,
Fikrini danişıb anlada bilmir,
Lal var ünsiyyətə hər keslə girir,
Alır istədiyin sözsüz dünyada.
Həya var insani qoymur danışa,
Qeyrət var başını qoyub balışa,
Bu çərxi fələklə girsən yarışa,
Olarsan hər daim üzsüz dünyada.
Nikbinə fərq etmək ya yaxşı, ya pis,
Deyiləm ey heyat mən sənə həris,
Mütləqi olmayan nisbilik naqis,
Nəyinə sevinim düzsüz dünyada.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət