Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Bizə gəlsin

Mirkazim Nikbin - Bizə gəlsin
Sakura

Mirkazim Nikbin - Bizə gəlsin

Ruhum qanadlanır göylərə yenə,
Eşqim pərvazlanır yar, bizə gəlsin.
Sözüm misralanır könlümdə sənə,
Sən axtaran hər nə var, bizə gəlsin.

Uzaq durma məndən qəlbim qırılar,
Bu sular bulanıb nə vaxt durular,
Sanma eşqim sənsiz qalar yorular,
Həsrətdə oluram xar, bizə gəlsin.

Görməz olsun gözlər kor bu cahanda,
Dinməz olsun dilim sənsiz hər yanda,
Səsindən qeyri səs eşidən anda,
Olsun qulaqlarım kar, bizə gəlsin.

Yoxluğun ömrümün zindan həyatı,
Varlığın könlümün toyu, büsatı,
Ağlım əldən verməz bil, ehtiyyatı,
Etməsin hec nədən ar, bizə gəlsin.

Sevsin sevdiyimin qətrəsi qədər,
Bilsin özgə fikri mənimçün hədər,
Harayım ən ucqar yerlərə gedər,
Çəkərəm dünyaya car, bizə gəlsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR