Dərc edildi: Baxış sayı: 612
Mirkazim Nikbin - Birdə
Bəlkə bir ünvanda bir yere geldik,
Bəlkə baxışlarda anıldıq birdə.
Bizki bir şəhərin sakinləriyik,
Bəlkə bir torpağa atıldıq birdə.
Həsrəti çəkəndə anladım duydum,
Sənsiz bu həyatdan yoruldum, doydum,
Ayrıldıq anlaqsız sözlərə uydum,
Bəlkə bu kabusdan ayıldıq birdə.
Bəlkə bir nöqtəyə birgə vurmadıq,
Bəlkə əhdimizdə möhkəm durmadıq,
Bu səbəbdən yəqin bir ev qurmadıq,
Sevən ürəklərdə danıldıq birdə.
Mən artıq qurmuşam ayrı bir həyat,
Keçmişim eyləmir məni narahat,
Sən də eyləmisən özünü isbat,
Ayrılsaq ölərdik, yanıldıq birdə.
Demərəm qismətdir bu alın yazı,
Bu həqarət olar haqqa ən azı,
Deyiləm heç kəsdən, küskün narazı,
Sanma aşiqlərdən sayıldıq birdə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət