Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Bir tək istəyimin var (Həyat Yoldaşıma ithaf edirəm)

Mirkazim Nikbin - Bir tək istəyimin var (Həyat Yoldaşıma ithaf edirəm)
Sakura

Mirkazim Nikbin - Bir tək istəyimin var

Bir tək istəyimin var həyatım səndən,
Eşit sözlərimi uyma Şeytana.
Sən tanıyandan, səni sevəndən,
Gətirdi Allahım məni imana.

Sənin vasitənlə oldum tövbəkar,
Unutdum keçmişdə qalan nəyim var,
Bir tək bunu anla, bunu öyrən yar,
Heyif sənsiz keçən bunca zamana.

Nə çıxar nifrətdən, nə çıxar kindən,
Ziyan görməmişdir kimsə təmkindən,
Paxıllıq insanı çıxarar dindən,
Qeybət yaraşarmı kamil insana?.

Xeyir allahdandır şərsə bizlərdən,
Uzaq ol söz satan saxta düzlərdən,
Yalana bulaşma salar gözlərdən,
Çatsanda ən uca, elmə, irfana.

Səbr etmək qalibin ilk işidir bil,
Hər iş sonluğuyla olunar təhlil,
Bəladır hər başa acı dinən dil,
Bir insaf, mərhəmət bəslə hər cana.

Sən könül baxçamız gülü, Nərgizi,
Bizim sevgimizdə var Tanrı izi,
Ləkə götürərmi eşqin təmizi,
Saflıq dəyər verər hər nə var ona.

Mirkazim Allahdan nə istəyin var,
O ki, sənə vermiş, seçim ixtiyar,
İman hər bir kəsi edər bəxtiyar,
Heç kəs şər qüvvəylə gəlməz cahana.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR