Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Bilməzdim

Mirkazim Nikbin - Bilməzdim
Sakura

Mirkazim Nikbin - Bilməzdim

Bilməzdim bu qədər dəyişər insan,
Bilməzdim dünyaya aldanar, uyar.
Bilməzdim bu qədər zəifdir şeytan,
Nəfsimiz onuda arxada qoyar.

Qəbirdə olanlar peşmandır yəqin,
Dünya malı üçün olurdu qəmgin,
Pul ilə özünü sanırdı zəngin,
Bilmirdi gözləri torpaqla doyar.

Qınamaq, sınamaq, yanamaqla biz,
Yaşadıq zənn ilə mürəkkəb, qəliz,
Saldıqca dünyada iz üstünə iz,
Bildim aslan gözün qarğalar oyar.

Kim deyər gunahım yoxdu, bağışla,
İlahi səhflərim çoxdu, bağışla,
Toxlar üçün dünya toxdu, bağışla,
Bu savab dərəsin gunahlar yuyar.

Anlamaq çətindi, anlatmaq çətin,
Dərdinin üstünə dərd qoyar Nikbin,
Elə ki torpağa qoyuldu nəşin,
Sanma səni orda bir kəsin duyar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR