Dərc edildi: Baxış sayı: 604
Mirkazim Nikbin - Ar deyil
Əlim ətəyimdən uzun olalı,
Dilənmək abrıma daha ar deyil.
Kişilik cib ilə ölçülən gündən,
Demə insanlığım dövlət, var deyil.
Ömrüm bir dövrüdə vurdur başa,
Qışda quruları yandırıb yaşa,
Fəsillər yerini dəyişib boşa,
Hələdə qar yağır, yaz, bahar deyil.
Daha şübhə düşüb dinə, imana,
İnsan kölgə salıb vaxta, zamana,
Tapanda çörəyin yeyən insana,
Səhərlər yediyi sübh, nahar deyil.
Sən ey zülmətləri nura qərq edən,
Bizə yön göstərib cənub şərq edən,
Səmada günəşi bizə bərq edən,
Niyə bu dünyamız bəxtiyar deyil?.
İlahi hardasan göstər özünü,
Qarala dünyada zülmün üzünü,
Kimlər kor sayırsa haqqın gözünü,
Bildir azmışlara o kor, kar deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət