Mirkazim Nikbin - Allaha inan
Ey Allaha inanmayan insanlar,
Qadınlar, kişilər, qoca, cavanlar,
Mənim sözlərimə siz qulaq asın,
Bu fikri başlardan çıxarıb atın.
Çünki, bunun üçün çoxlu sübüt var,
Xatırla doğum tək bir gün süqut var.
Ömür etdiyimiz bu gözəl həyat,
Onun varlığına deyilmi isbat?.
Əgər o olmasa özün fikirləş,
Yanılma hər şeyin düzün fikirləş.
Necə qurulardı şar təki dünya?,
Niyə başımıza tökülmür dərya?.
Niyə günəşdən o azacıq uzaq,
Dala çəkilmir ki, soyuqdan donaq.
Yada ki, günəşə bir qədər yaxın,
İrəli getmir ki, od tutub yanaq?.
Bunları yaradan Allaha inan,
Gələcək günlərə, sabaha inan.
İnan ki, Tanrımız olmasa bir an,
Həmin an dağılar, yox olar cahan.
Bir yeyib min dəfə biz şükür edək,
Bizi yaradana təşəkkür edək.
Allah başımızın üstündə heyhat,
Dar gündə bizlərə göndərər niçat.
Müraciət edib Allah quluna,
Mən dəvət edirəm haqqın yoluna.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət