Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Allah nəzərindən heç kimi salma

Mirkazim Nikbin - Allah nəzərindən heç kimi salma
Sakura

Mirkazim Nikbin - Allah nəzərindən heç kimi salma

Hardasan ey əcəl gəl apar məni,
Bezmişəm dünyanın oyunlarından.
Harda bir azar var tez tapar məni,
Qorxuram qurd qapan qoyunlarından.

Demə böyümüşəm uşaq deyiləm,
Səhvlərim özümə səddi, səngərdi.
Demə çox cəsuram qorxaq deyiləm,
Hazıram hər hala, pisi məşhərdi.

Dünyanın bir üzü isti olsada,
O biri üzündə şaxta var, don var.
Hər kəsin əhdinə sadiq qalsada,
Hər ömrün axrında kədərli son var.

Zənn ilə həqiqət bir ola bilməz,
Birində güman var, birində iman.
Qaraya ləkəni ağ sala bilməz,
Ağlıq qaralığa bəzəkdir inan.

Bu xəstə canımla, dərdli başımla,
Faydam zərərimdən çox ola gərək.
Hər günü il olan otuz yaşımla,
Doxsan yaşlı kimi döyünür ürək.

İlahi yixilib çirkab içində,
Sürünüb qalmışam dikəldənim yox.
Bu qədər yaxşılıq savab içində,
Nə üçün günaha meyl edirik çox?.

Nikbin dünya üçün narahat olma,
Sənlidə, sənsizdə dəyişən deyil.
Allah nəzərindən heç kimi salma,
Diqqətsiz gülşənin gülü şən deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR