Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ağlasın (Həyat Yoldaşıma ithaf edirəm)

Mirkazim Nikbin - Ağlasın (Həyat Yoldaşıma ithaf edirəm)
Sakura

Mirkazim Nikbin - Ağlasın (Həyat Yoldaşına)

Bir gün göz yumanda məndə dünyaya,
Arxamca qoy təkcə yarım ağlasın.
Balam hiss etməsin qoy yoxluğumu,
Onlara bəs edən varım ağlasın.

Min əzab zillətlə qurduğum düzən,
Mən olmasam davam edərmi görən?,
Əkdiyim fidanlar böyüyər birdən,
Mən dərə bilməyən barım ağlasın.

Ölümü unudub dünya üçün mən
Yəqin çalışdığım olubdur hökmən,
O işlər kəsilər ruhuma düşmən,
Deyər dünyadakı karım ağlasın!.

İtəndə üzündən insanlıq nuru,
Demək əməl dəryan deyildir duru,
Yaşların oduna yananda quru,
Allahdan xof edib arım ağlasın!.

Nikbin ölüm anı gəldi gələcək,
Sənədə çoxları yazıq deyəcək,
Hər kəs öz kimliyin sonda biləcək,
Kim olub dünyada zalım, ağlasın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR