Slimfit
  1. AZƏRBAYCAN

Miqrasiya Xidməti “100 min manat” məsələsinə aydınlıq gətirdi

Miqrasiya Xidməti “100 min manat” məsələsinə aydınlıq gətirdi
Sakura

Miqrasiya Xidməti “100 min manat” məsələsinə aydınlıq gətirdi

Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşamaq icazəsi üçün əcnəbilərdən 100 min manat tələb oluması məsələsinə münasibət bildirib.

Xidmətin rəisi Vüsal Hüseynov Oxu.Az-ın müxbirinin sualına cavab olaraq bildirib ki, sosial şəbəkələrdə xidmətin 100 min manat pul tələb etməsi barədə yayılan məlumatlar yanlışdır: 

“Ölkədə viza müddətindən artıq yaşamaq üçün qanunla müəyyən edilmiş əsaslar var. Bu əsaslardan biri 100 min manatlıq əmlakın və ya bank hesabında 100 min manat pulun olmasıdır. Yəni, əcnəbi ölkəyə səfər edirsə, burada yaşamaq üçün həmin əmlakın mövcudluğunu təsdiq edən sənədi və ya müvafiq bank hesabında pulun olması barədə sənədi Miqrasiya xidmətinə təqdim etdikdə həmin şəxsin iki ilədək Azərbaycanda müvəqqəti yaşaması üçün icazə verilir”.

“Həmin məbləğin xidmətə ödənilməsindən söhbət gedə bilməz. Sadəcə bankda hesab olması barədə sənəd bizə təqdim edilir”, - deyə, Vüsal Hüseynov qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Dövlət Miqrasiya Xidmətinin Azərbaycanda yaşamaq icazəsi üçün əcnəbilərdən 100 min manat tələb etməsi barədə məlumat yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR