Dərc edildi: Baxış sayı: 1124
MİNSK AVTOMOBİL ZAVODU HAQQINDA
"Minsk avtomobil zavodu" ASC (MAZ) - "BELAVTOMAZ" (белор. Мінскі аўтамабільны завод) holdinqinin idarəedici şirkəti - ağır yük avtomobillərinin, avtobus, trolleybus və qoşqu texnikalarının istehsalında ixtisaslaşan Sovet və Belarus avtomobil şirkətidir.
MAZ ticarət nişanı MDB-də və xaricdə tanınır. MAZ avtomobilləri dünyanın 45-dən çox ölkəsinə çatdırılmışdır. 1990-cı illərin əvvəllərində problemli dövrdən sonra, bu gün MAZ bu bazarların əksəriyyətinə qayıda bildi.
İdarəetmə şirkəti olaraq, "BelavtoMAZ" holdinqinin tərkibinə, "BAAZ" ASC, "Baranoviçi", "OZAA" ASC, "Osipoviçi"; "KZTSH" ASC, Jodino; "DEMZ" ASC, Dzerjinsk; "Qrodno Mexanika Zavodu" ASC və digərləri daxildir.
Minsk avtomobil zavodunun istehsal etdiyi məhsulların nomenklaturası 400 model, modifikasiya və konfiqurasiyanı aşır. Eyni zamanda, "MAZ" heç bir ehtiyat hissəsi istehsal etməyən ban qaynaq edən zavoddur.
2016-cı ilin II rübündə Belarusiyada açıq hesabat verən ən zərərli müəssisədir. 2017-ci ilin yekunlarına görə zərər 41,1 milyon rubl təşkil edir ki, bu da 2016-cı ilin zərərindən iki dəfə azdır.
TARİXİ
1930-cu illərin ortalarında Qırmızı Ordunun böyük bir hərbi hissəsi gələcək avtomobil zavodunun ərazisində yerləşirdi.
1942-ci ildə 26-cı Alman Tank şöbəsinin köhnə təmir pavilyonları əsasında, varmaxt avtomobillərinin və tanklarının saxlanılması və təmiri üçün bir zavod təşkil edilmişdir. Daimler-Benz şirkəti otuzdan artıq təmir pavilyonunu inşa etmişdir. 5000-dən çox işçisi olan "Qros-K-Verk" zavodu tezliklə işğal olunmuş Şərqi Avropanın ən böyük müəssisələrindən birinə çevrildi. Zavodun tikintisində müharibə məhkumlarının və yerli sakinlərin məcburi əməklərindən geniş istifadə edildi.
9 avqust 1944-cü ildə SSRİ Dövlət müdafiə komitəsi Minskdə avtoyığım zavodunun təşkili barədə qətnamə çıxarıldı.
1944-cü ilin sonundan etibarən zavodun tikintisinə paralel olaraq, ABŞ-dan lend - liz(borc) üzrə çatdırılan GMC və Studebaker yük maşınlarının yığımı başlayır. İlk Minsk Studebaker 7 noyabr 1944-cü ildə montaj xəttindən çıxdı. "Studebakers" ilə yanaşı, Minsk avtoyığm zavodunda NR seriyasının Mack ağır yük maşınları toplandı.
1947-ci ilin ortalarından etibarən amerikan maşınlarının yığılması dayandırılıb və gələcəkdə fəaliyyət göstərən zavodların inşası davam edir. Artıq 1947-ci ilin oktyabr ayında zavod Yaroslavl Avtomobil Zavodunun sənədləri və birbaşa texniki dəstəyi ilə ilk beş dəmir yük maşını(samosval) MAZ-205 yığıldı. Əslində bunlar texnoloji imkanlardan fərqli olan YAZ-205 idi. O vaxtdan etibarən zavod YAZ-200 seriyalı avtomobil istehsalını "partiya və hökumətin qərarlarına uyğun olaraq" bir neçə il içində yetirildi. İki oxlu YAZ-200-ün, dəmir yük maşınlarının, yük maşınlarının, dartıcıların bütün istehsalı Minskə köçürüldü. Bir az sonra, həmin cərgənin üç oxlu seriyası YAZ-210, KrAZ-ın işə başladığı Kremençuqa köçürüldü. O vaxtdan YAZ üçün, əsas vəzifə güc aqreqatları ilə iki zavodu təmin etmək idi.
1947-ci ilin sonunda zavod qapılarını tərk edən ilk MAZ-205 avtomobili, Belarus avtomobil sənayesinin başlanğıcı oldu.
1948-ci ilin sonunda ilk zavodun tikintisi və 1950-ci ildə zavodun ikinci mərhələsi başa çatmışdır. Nəticədə, 1948-ci ildə, maşınların kütləvi istehsalını təşkil etmək mümkün oldu və tikinti başa çatdıqdan sonra layihələndirmə güclərinə keçdi. 1951-ci ildə zavod planlaşdırılan 15 minə qarşı 25 min avtomobil istehsal etdi. Bununla da, yalnız avtomobil istehsalının artması deyil - qlobal avtomobil sənayesinin bilmədiyi konstruktorların işi ilə nəticələndi. 1958-ci ilin oktyabrında Brüsseldə keçirilən Dünya sənaye sərgisində dünyanın ilk 40 tonluq MAZ-530 tipli dəmir yek maşını(samosvalı) ən yüksək mükafata - "Qran - pri" mükafatına layiq görülmüşdür. 1959-1961-ci illərdə Sovet avtomobil sənayesinin ixtisaslaşması ilə əlaqədar olaraq, MAZ dəmir yük maşınlarının istehsalı Jodinodakı BelAZ zavoduna və Moqilev avtomobil zavodunun biroxlu dartıcılarına keçdi. 1950-ci illərin ortalarında MAZ-da xüsusi konstruktor bürosu (SKB-1) yaradılmış və onunla birlikdə MAZ-535 və MAZ-537 tipli çoxoxlu bütün ərazi vasitələri datıcılarının istehsalı həyata keçirilmişdir. Uzun illər SKB-1-in başçısı, məşhur sovet avtomobil konstruktoru Boris Lvoviç Şapoşnik oldu.
1958-ci ilin noyabr ayında MAZ-200-ü əvəz edən MAZ-500 və MAZ-503 markalı ilk təcrübəli nümunələri Minsk Avtomobil Zavodunda yığılmışdır. Yeni nəsil maşın istehsalına keçid çətin kompleks texniki həllər, yaradılan avadanlıqların hərtərəfli sınaqları və istehsalın yenidən qurulması tələb olundu. 31 dekabr 1965-ci ildə ilk nəsil MAZ-ın son avtomobili olan, MAZ yük maşınının abidəsinə çevrilmiş MAZ-205 avtosamosvalı konveyerdən çıxdı. Zavod tamamilə MAZ-500 avtomobillərinin istehsalına keçdi. 1966-cı ildə şirkət Lenin ordeni, 1971-ci ildə isə "Oktyabr inqilabı ordeni"nə layiq görülmüşdür.
1970-ci ilin sentyabr ayında təkmilləşdirilmiş MAZ-500A avtomobillərinin istehsalı başlandı və 1976-cı ilin martında yeni MAZ-5335 ailəsinin ilk MAZ-5549 yük maşını əsas montaj xəttindən çıxdı.
1977-ci ildə zavoda üçüncü mükafat - ikinci Lenin ordeni verildi.
19 may 1981-ci ildə zavodun əsas montaj xəttində MAZ-5432 dartıcısı və MAZ-6422 avtoqatarı yığıldı. 16 aprel 1983-cü ildə bu ailənin 1000-ci avtomobili yığıldı. Yeni maşınların buraxılması davam edirdi. 14 aprel 1989-cu ildə MAZ avtomobilinın milyonuncu markası buraxıldı. Bu MAZ-64221 dartıcısı oldu. Zavodda üçoxlu dartıcıların geniş istehsalına hazırlıq işləri aparıldı. 80-ci illərin sonlarında MAZ-2000 "Perestroyka" konsept-karı yaradıldı. 1980-ci illərdə zavod 90-cı illərin əvvəllərində istifadəyə verilmiş yük maşınlarının yeni konveyerinin inşası ilə əlaqədar geniş miqyaslı yenidənqurma işlərinə başladı. Bu zaman, zavodun bazasında, sloveniyalı mütəxəssislərin iştirakı ilə "MAZ-Kupava" markasını almış qoşquların, hərəkətdə olan köşklərin, qoşqu furqonların istehsalı yaradılmışdır.
1996-cı ildə Belarus Respublikasının avtomobil təsərrüfatında əməliyyat sınaqlarını müvəffəqiyyətlə keçdikdən sonra seriyalı istehsal üçün yeni MAZ-5440 modelləri təklif olundu. 11 mart 1997-ci ildə Minsk avtomobil zavodunun montaj xəttindən yeni MAZ-54421 ilk maqistral dartıcısı çıxdı. 1997-ci ilin sonunda beynəlxalq daşınma üçün Avropa tələblərinə tam cavab verən ağır yük avtomobilləri - MAZ-54402 və MAZ-544021 yığılmışdır.
10 dekabr 1997-ci ildə "MAZ-MAN" yük avtomobillərinin birgə istehsalına dair Belarus-Alman müəssisəsinin yaradılması haqqında saziş imzalandı. Bu layihənin MDB ölkələrindəki avtomobil istehsalına dair digər layihələrdən fərqli olması, birgə müəssisədə istehsal olunan məhsullarda Belarus yığımlarının və hissələrinin payının 60% -ə çatmasıdır.
1999-cu ildən etibarən MAZ, "Bizoncuq" qeyri-rəsmi ləqəbini alan orta tonnajlı MAZ-4370 seriyalı avtomobilinin istehsalını həyata keçirdi.
2000-ci illərin əvvəlindən etibarən, yeni nəsil MAZ-6430/5440 seriyalı yük maşınlarının kütləvi istehsalı başlandı.
2011-ci ildə MAZ-6440 markalı dartıcısının təqdimatı oldu. Eyni zamanda, MAZ yük maşınları müvafiq adlar aldılar: "Kolos" samosvalı, "Prostor" dartıcısı və şassisi, "Kornet" ortatonnajlı yük maşını.
2014-cü ildə Avro-6 standartlı, ekoloji mühərrikli MAZ-5440M9 dartıcısının prototipi təqdim olundu. 2018-ci ilin sonundan etibarən isə kiçik miqyaslı istehsal başlayıb.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət