Slimfit
  1. İQTİSADİYYAT

Minimum aylıq əməkhaqqı

Minimum aylıq əməkhaqqı
Sakura

Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.

Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.

Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi, işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir.

 

Azərbaycanda minimum əməkhaqqı

 
180 manat - 01.03.2019-cu ildən minimum aylıq əməkhaqqı

Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.

2006-2019-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası:

  • 2006-cı ilin oktyabrından - 30 AZN
  • 2007-ci ilin fevralından - 50 AZN
  • 2008-ci ilin yanvarından - 60 AZN
  • 2008-ci ilin avqustundan - 75 AZN
  • 2010-cu ilin sentyabrından - 85 AZN
  • 2011-ci ilin dekabrından - 93,50 AZN
  • 2013-cü ilin sentyabrından - 105 AZN
  • 2017-ci ilin yanvarından - 116 AZN
  • 2018-ci ilin yanvarından - 130 AZN
  • 2019-cu ilin martından - 180 AZN
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR