Dərc edildi: Baxış sayı: 311
Mingəçevirdəki zəlzələ ilə bağlı daha bir rəsmi məlumat
Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət